Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR-da vəsait qoyuluşları çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 73,18 mln manat vəsait yönəldilib.
FED.az-ın yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,773 mln. manat və yaxud 27,5% azdır.
Əsas kapitala yönəldilmiş vəsaitin 69,85 mln. manatı və yaxud 95,4%-itikinti-quraşdırma işlərinin payına düşüb.