“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qiymətli kağızlar bazarında investisiya xidmətləri (əməliyyatları) göstərən və investisiya fondlarının idarə edilməsini həyata keçirən şəxslər Mərkəzi Bankda attestasiyadan keçərək müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdırlar.
Azərbaycanda 100-dən çox şəxsin investisiya fəaliyyəti ilə bağlı ixtisas şəhadətnaməsi var
FED.az xəbər verir ki, sözügedən attestasiya prosesi “İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası” ilə tənzimlənir.
Maliyyə bazarında şəffaflığı təmin etmək, investorları qeyri-peşəkar xidmətlərdən qorumaq və bazarın etibarlılığını gücləndirmək məqsədilə ixtisas şəhadətnamələrinə malik şəxslərin siyahısı Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Siyahıda ixtisas şəhadətnamələrinə malik şəxslərin soyadı, adı, ata adı, ixtisas şəhadətnaməsinin növü, nömrəsi və verilmə (yenilənmə) tarixləri barədə məlumatlar qeyd edilib.
Siyahı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz:
https://uploads.cbar.az/assets/9ff6b4114dbc866415db3600f.pdf