EUR
Amerikada yüksək inflyasiya dolların qiymətlərinə yük olmaqla, EURUSD məzənnəsinin də 1.19$-ın üzərində ticarət edilməsinə səbəb olur. Lakin hazırda avronun bahalaşması dinamikası da zəifləyib. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan dərc ediləcək xidmət və sənaye sektorlarına dair önəmli fundamental göstəricilər üzrə proqnozlar da aşağı istiqamətlənib.
GBP
GBPUSD məzənnəsinin də 1.39$-da müqavimətlə rastlaşacağı ehtimal edilir.
İngiltərədə işsizliyin də artması proqnozlaşdırılır. Bununla bərabər, cümə günü saat 12:30-da İngiltərədən də xidmət və sənaye sektorları ilə bağlı vacib göstəricilər açıqlanacaq.
TRY
TCMB faiz qərarında növbəti dəfə dəyişiklik etmədikdən sonra USDTRY məzənnəsi 8 - 8.22TL aralığında üfüqi istiqamətdə dalğalanmaqda davam edir. Beləliklə, növbəti istiqamət sözügədən sərhədlərdən birinin qırılması ilə müəyyən olacaqdır.
OIL
Beynəlxalq enerji birjalarında isə Avropanın Brent neftinin bir barel qiyməti bahalaşsa da, 67$-da müqavimətlə rastlaşıb. Müqavimətin qırılması ilə 71$-ın da aşılması ilə nəticələnən yeni bahalaşma trendi başlaya bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da yenidən dəyər qazanmasına səbəb olur. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1810$-a (58.2 $/qram) kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.