Fevral ayından ilk dəfə Amerikanın əmək bazarına dair müsbət göstəricinin açıqlanması, gəlirliliyin azalaması ehtimalları fonunda EUR/USD və GBP/USD məzənnələri ucuzlaşmağa başlayıb. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da istehlak xərcləri ilə bağlı göstəricilər açıqlanacaq və burada da güclü artım proqnozlaşdırılır.
Son günlər dəstək görən USD/JPY, USD/TRY və USD/RUB valyuta cütlüyü qiymətləri də bahalaşmaqda davam edir.
Əlvan metallar bazarlarında da qızılın qiyməti iqtisadi risklərin azalması gözləntiləri ilə əlaqədar olaraq ucuzlaşmaqdadır və 3%-ə kimi dəyər itiricəyi proqnozlaşdırılır.
Alternativ sərmaye bazarlarında da bitkoin 47000$-ın altında treyd edilir və korreksiyaların 44000 - 39300$-a kimi genişlənəcəyi ehtimal edilir. Önəmli müqavimət səviyyələri isə 48200 və 50400$-dır.
Bütün yuxarıdakilarla bərabər AB ilə İngiltərə arasında ticarət münasibətlərində problemlərin getdikcə artması, qlobal iqtisadi proqnozlar və karantin tədbirləri planları da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.