“Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində mühafizə xidmətinin satın alınması ilə keçirdiyi kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Tender komissiyasının qərarına əsasən, Neftlaça Rayon Mühafizə Bölməsi qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.
Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" 2006-cı ildə, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb. Onun nizamnamə kapitalı 160 mln. manatdır.