Yaxın vaxtlarda Kürdəmirdə yeni iri obyektlər işə düşəcək. FED.az xəbər verir ki, İSRAİL AHMADOV İNVESTMENT” MMC şirkəti Kürdəmirdə üç müasir obyekt inşa edir. İstehsal, xidmət və turizm sahəsinə aid oyektlərin layihələrini “Memar 1” MMC şirkəti hazırlayıb.
Kürdəmir rayonunda emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin yaradılması, turizmin inkişafının təmin edilməsi məqsədilə rayonun Karrar qəsəbəsindən keçən İpək Yolunun kənarında beynəlxalq standartlara uyğun müasir tipli "Kürdəmir Logistik Mərkəzi"nin ,"Kənd Təsərrüfatı Yarmarkası"nın və "Turizm və əyləncə mərkəzi"nin tikintisi nəzərdə tutulub.
"Kürdəmir Logistik Mərkəzi"
Məlumat üçün bildiririk ki, "Kürdəmir Logistik Mərkəzi"ndə 10 min kvadratmetr qapalı anbar, 15 min kvadratmetr açıq anbar, 15 min kvadratmetr 2 seksiyalı soyuducu anbar , 60 min kvadratmetr TIR parkı, 2 ədəd yanacaqdoldurma mərkəzi 2 ədəd avtoyuma obyekti olacaq.
"Kənd Təsərrüfatı Yarmarkası"
"Kənd Təsərrüfatı Yarmarkası"nda 60 min kvadratmetr istixana kompleksi ,12 min kvadratmetr kənd təsərrüfatı yarmarkası, 3,6 min kvadratmetr yaşıl market, 5,0 min kvadratmetr ticarət obyekti,
"Turizm və Əyləncə Mərkəzi"
"Turizm və Əyləncə Mərkəzi"ndə 4.5 min kvadratmetr sahəsi olan 4 mərtəbəli 3 ulduzlu hotel, 1,0 min kvadratmetr sahəsi olan 200 yerlik açıq restoran, 0,64 min kvadratmetr sahəsi olan 200 yerlik şadlıq sarayı, 1,5 min kvadratmetr sahədə 26 istirahət guşəsi, 0,2 min kvadratmetr sahədə un məmulatları sexi, 0,86 min kvadratmetr sahədə uşaq əyləncə mərkəzi, 1,0 min kvadratmetr sahədə su hovuzu, 4 min kvadratmetr sahədə meyvə bağı, 40.000 kvadratmetr Akvapark 20.000 kvadratmetr balıqçılıq təsərrüfatı salınması nəzərdə tutulub.
Bu obyektlərin tikintisi üçün rayonun Karrar qəsəbəsi yaxınlığında İpək Yolunun kənarında ümumilikdə 46 hektar torpaq sahəsi ayrılıb.
Tikintisi nəzərdə tutulmuş hər üç layihə üzrə ümumilikdə 71 milyon manat və ya 42 milyon dollar yatırılacaq. Tikinti işləri 16.10.2017-ci il tarixindən başlayaraq 18.10.2019-cu il tarixində başa çatçalıdır.
Rayonda məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin aradan qaldırılması istiqamətində qeyd olunan obyektlərin tikintisi zamanı 150-200 nəfər vətəndaşın müvəqqəti tikinti işlərinə cəlb olunması və tikinti işləri başa çatdıqdan sonra 255-300 nəfər vətəndaşın daimi işlə təmin olunması nəzərdə tutulub.