Almaniyadan gələrək Türkiyədə məşhurlaşan aktrisa Vilma Elles bu ölkədə investisiya məqsədilə aldığı oteli satışa çıxarıb.
FED.az xəbər verir ki, bir neçə il əvvəl Almaniyaya qayıdan aktrisa hazırda bütün işlərini Köln şəhərindən idarə edir.
Bu işlərdən biri də Ellesin illər əvvəl investisiya məqsədi ilə aldığı Beşiktaşdakı 18 nömrəlik bir oteldir. Aktrisa kreditlə aldığı oteli bir müddət öncə əl ltından satışa çıxarıb.
Hazırda fəaliyyət göstərən otelə 11 milyon lirə (1,6 milyon dollar) qiymət qoyub. Bankdakı 5 milyon lirəlik (725 min dollar) borcunu ödəməli olan Elles, otelə alıcı çıxmayınca rəqəmdə endirim etdi və qiyməti 9 milyon lirəyə (2,2 milyon dollar) endirib.
Vilma Ellesin satış məsələsində bir tələbi də var. Belə ki, o, otelin idarəçiliyini satış sonrası özündə qalmasını istəyir.