Cənubi Koreya şirkətləri Azərbaycanın həyata keçirdiyi yeni layihə – Ələt Azad İqtisadi Zonası ilə maraqlanırlar.
FED.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kımqu Kanq etimadnaməsini prezident İlham Əliyevə təqdim edərkən bildirib.
Səfir öz etimadnaməsini dövlət başçısına təqdim etdikdən sonra İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı bildiriib ki,
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu deyib, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.
Görüşdə iki ölkə arasında yüksək texnologiya, rəqəmsal transformasiya, elm, təhsil, o cümlədən peşə təhsili, tibb və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir Ələt Azad İqtisadi Zonasının Koreya Respublikasının biznes dairələri üçün maraqlı olduğunu deyib.