İsveçdən Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi kəskin şəkildə artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə İsveçdən 29 milyon 664 min dollar sərmayə daxil olub. Bu da illik müqayisədə 17,2 dəfə və ya 27 milyon 934 min dollar artım deməkdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyon 730 min dollar təşkil edirdi.











