2025-ci ilin ilk rübündə Azərbaycana İsraildən 1 milyon 210 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 976 min ABŞ dolları və ya 5,2 dəfə artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana İsraildən yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 234 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda İsrailin payı 0,1% təşkil edib.