İyul ayında Azərbaycan iqtisadiyyatına yatırımlar kəskin artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-iyul ayı ərzində ölkə iqtisadiyyatında bütün maliyyə mənbələrindən əsas kapitala 7 588,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yatırılıb.
Neft-qaz sektoruna sərmayələr 22,9 faiz artıb, qeyri neft-qaz sektoruna sərmayələr 9,6 faiz aazalıb. Ümumi sərmayənin 40,3 faizi dövlət, 59,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Eləcə də, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 61,8 faizini təşkil edib.
FED.az-ın araşdırması göstərib ki, iyul ayında ölkə iqtisadiyyatına yarıtımlar kəskin artıb. Belə ki, iyulda iqtisadiyyata 1 milyard 632,1 milyon manat yatırım edilib ki, bu da digər aylarla müqayisədə 60%-dən çox artıqdır. Belə ki, ilk 6 ayda iqtisadiyyata 5 milyard 956,2 milyon manat yatırılmışdı, orta aylıq yatırım məbləği 993 milyon manat təşkpil etmişdi. İyul ayında isə yatırım həcmi bundan 64% artıq olub.
Paralel olaraq ilk 7 ayda dövlət büdcəsindən sərmayələr də kəskin artıb.
Ümumilikdə ilk 7 ayda büdxcə hesabına iqtisadiyyata 1 milyard 666,7 milyon manat yatırılıb. Orta aylıq yatırım 238 milyon manat təşkil edib. Bu dövrdə ən büdcədən ən azı yatğırım yanvarda olub – 141 milyon manat. Fevral mart aylarında da yatırımların məbləği 180-190 milyon manat arasında olub.
Apreldə büdcə hesabına yatırımlar kəskin artsa da sonradan yenidən qənaət başlayıb. Amma iyulda dövlət büdcəsi tərəfindən yatırımlar 341 milyon manatı keçib.
Azərbaycan iqtisadiyyatına yatırımlar (yanvar-iyul, 2020)