Amerika bazarlarında gəlirliyin azalması ilə dolların da ucuzlaşdığı müşahidə edilir. Eyni zamanda, investorların cümə günü dərc ediləcək önəmli fundamental göstəricilər öncəsi ehtiyatlı davranmaları da dollarda geri çəkilmələrə səbəb olur.
Bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozona və saat 13:30-da İngiltərənin sənaye sektorunda biznes aktivliyini ölçən indeks və saat 14:00-da Avrozonadan işsizlik səviyyəsinə dair göstəricilərin dərc edilməsi də diqqət mərkəzindədir.
Əlvan metallar bazarlarında qızıl da ucuzlaşan dollar fonunda dəstək görməkdədir. Dəyər qazanan əmtəələr arasında neft da var və Brentin bahalaşacağı proqnozlaşdırılır. Kriptovalyuta birjalarında bitkoin də bahalaşır və trend 41400$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.