Bakı Fond Birjası (BFB) 2018-ci ilin fevral ayında birja üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
FED.az Birjaya istinadən xəbər verir ki, renkinqə 1 186,735 mln. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir.
Növbəti yerlərdə 1 139,234 mln. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 948,268 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 816,603 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 222,954 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 88,201 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Unicapital | 1 186 734 665,04 |
2 | Paşa Kapital | 1 139 234 383,13 |
3 | İnvest-Az | 948 268 343,78 |
4 | AzFinance | 816 602 619,31 |
5 | Xalq Kapital | 222 954 014,42 |
6 | PSG Kapital | 88 201 199,10 |
7 | Kapital Menecment | - |
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.