Dünyanın beynəlxalq investisiya fondlarının səhmlərinə etibar etdiyi 9 şirkət məlum olub.
Bitkoinin qiyməti 51 min dolları keçib
FED.az xəbər verir ki, «Goldman Sachs» bankının araşdırmasına görə, fond idarəçiləri hesab edir ki, pulu itirməkdən qorxaraq onları nağdda istifadəsiz saxlamaq – qazanc imkanını itirmək deməkdir.
«Goldman Sachs» şirkəti hazırkı qiymətlərdə hansı səhmlərin maraqlı olacağını açıqlayıb. Şirkətin analitikləri ümumilikdə 2,9 trilyon dolları idarə edən 813 hes-fondları və 3 trilyon dolları idarə edən 573 qarşılıql fondları analiz eib. Nəticədə analitiklər, fondlarının fikrincə, böyük artım potensialına malik olan 9 səhmi müəyyən ediblər.
Bunlar aşağıdakılardır:
Adobe (ADBE),
Fiserv (FISV),
General Motors (GM),
Liberty Broadband (LBRDK),
Mastercard (MA),
Square (SQ),
Twilio (TWLO),
Visa (V)
Wells Fargo (WFC)
Bu siyahıdakı səhmlərin əksəriyyəti ənənəvi olaraq artım nümayiş etdirən səhmlərdir. Amma fundamental analiz baxımından onlar ucuz deyillər. Onların gəlirliyi S&P 500-nin gəlirliyinin 63%-ni təşkil edir, yəni bazar üzrə orta gəlirlikdən aşağıdır. Amma «Goldman Sachs» hesab edir ki, buna səbəb son illər birjadakı ümumi artımdır.
Belə ki, bu səhmlərin 2013-cü ildən bəri illik gəlirliyi 20% təşkil edir (S&P 500-də isə bu göstərici 16%-dir).
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.