Ölkədə fəaliyyət göstərən investisiya şirkətləri Azərbaycan Mərkəzləşmiş Birja Ticarəti (CETA) sisteminə qoşulmağa hazırlaşır.
Eləcə də bax: Bitcoin 1 günə 400 dollar bahalaşdı
FED.az xəbər verir ki, bu məsələ Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) ümumi yığıncağında müzakirə edilib.
Xatırladaq ki, “Bakı Fond Birjası” QSC-nin ticarət sisteminin daxil olduğu CETA 2016-cı ildə “Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi layihəsi" çərçivəsində Cənubi Koreyanın fond birjasının ticarət platformaları əsasında yaradılıb.
Eləcə də bax: “BOB Broker” ləğv edilib
AFBİA-nın ümumi yığıncağında həmçinin gələn il Azərbaycanda keçiriləcək I Beynəlxalq Maliyyə Sərgisi, maliyyə girovlarının depozitar sistemində qeydiyyata alınması ilə bağlı qaydalar müzakirə obyekti olub.