“Unibank” ASC-nin investisiya şirkəti “Unicapital İ.Ş.” ASC-nin Müşahidə Şurasının üzvləri dəyişib.
Eləcə də bax: “Ziraat Bank Azərbaycan”a - Yeni Təyinat Olub
FED.az Banker.az-a istinadən xəbər verir ki, Müşahidə Şurasının üzvləri Balayev Samir Həsən oğlu və Qəribli Vaqif Mahmud oğlunun adları siyahıdan çıxarılıb.
Səhmdarların qərarı ilə Okayev İqor Anatolyeviç və Rəsulzadə Emin Fərid oğlu M.Ş.-yə üzv seçiliblər. Adı çəkilən hər iki şəxs hazırda “Unicapital İ.Ş.”nin səhmdarı “Unibank”da İdarə Heyətinin üzvləridir. İ.A.Okayev İdarə Heyəti sədrinin birinci müavini, E.F.Rəsulzadə isə heyətin üzvi kimi 2 aydır seçilib.
“Unicapital” 2007-ci ildə yaradılıb və 300 000 manat nizamnamə kapitalına sahibdir. İnvestisiya Şirkəti 01.09.2021-ci il tarixinə Bakı Fond Birjasında dövriyyəsinə görə ölkənin ikinci ən böyüyüdür. Onun dövriyyəsinin həcmi 3 560 818 261 manatdır.