İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) nizamnamə kapitalının 64 mln. manat artırılmasının məqsədlərini açıqlayıb.
Şirkətdən bildirilib ki, cəlb olunacaq əlavə vəsait sənaye məhəllələrinin tikintisinə və yeni layihələrin reallaşdırılmasına yönəldiləcək.
Xatırladaq ki, hazırda AİŞ-in nizamnamə kapitalı 160 mln. manatdır.