Beynəlxalq bazarlarda "investisiya gurusu" kimi tanınan Mobius Capital-ın qurucusu, 83 yaşlı Amerikalı investor Mark Mobius, Bitcoin'in birjalar üçün lider bir göstərici rolunu oynaya biləcəyini bildirib.
«Çünki insanların kriptovalyutalara olan inamı, fond bazarlarında pul itirən şirkətlərin inancına bənzəyir» deyə Mark Mobius fikrini əsaslandırıb.
Beynəlxalq Əməkdaşlıq Platformasının (UIP) təşkil etdiyi 11-ci Boğaziçi Sammitində çıxış eedən Mobius elan edib ki, "Faiz dərəcələri ilə fond bazarları arasındakı əlaqə çox zəifdir".
Mark Mobius, 2020-ci ildə güclü bir performans nümayiş etdirən birjaların bu il də yaxşı olacağı siqnallarını verdiyini və iqtisadi baxımdan dünyada ÜDM-də əhəmiyyətli bir artım gözlədiklərini bildirdi.
Keçən il texnologiya və internet şirkətlərinin səhmlərinin xeyli bahalaşdığını qeyd edən Mobius, buna Tencent, Alibaba, Microsoft və Apple kimi şirkətləri misal çəkib. Onun sözlərinə görə, Bir çox investorlar faiz nisbətlərinə baxırlar, amma diqqətlə baxdıqda, faiz dərəcəsi ilə səhmlər arasında əlaqənin zəif olduğu görüləcək.
Tesla kimi bir çoxunun pul itirməsinə baxmayaraq, bu səhmlərin xeyli artdığını ifadə edərək, " Bunu başa düşmək üçün kripto pul bazarlarına baxmanızı təklif edirəm." deyib.
Dünyaca məşhur investor insnaların diqqətini kriptovalyuta bazarına, xüsusilə də bitkoinə yönəldib: «Bu aktivlərin, xüsusən Bitcoin-in qiymətlərindəki dəyişiklik birjalar üçün aparıcı göstəricilər rolunu oynaya bilər. Çünki insanların kriptovalyutalara olan inamı, fond bazarlarında pul itirən şirkətlərə inamına bənzəyir. İnsanlar bu şirkətlərin böyük gəlir əldə edəcəyini düşünürlər. İndi istənilən gənclə danışın və onların bir çoxunun bitkoinə böyük əhəmiyyət verdiyini görəcəksiniz. Bu inam azalsa və ya yox olur, onda əhəmiyyətli bir satış tendensiyası meydana gələ bilər. Ancaq orta və uzun müddətli birjalarda hələ də yaxşı bir qazancımız var. Fürsəti görməyə davam edirik».
Türkiyə, Tayvan, Braziliya və Hindistan kimi ölkələrə yatırılan sərmayələrdən yaxşı qazanc götürdüyünü etiraf edən Mobius bildirib ki, bu ölkələrə yatırımlar davam edəcək.