Hazırda dünyada İslam maliyyələşməsinin toplam həcmi 2 trln. ABŞ dolları təşkil edir ki, bu göstəricinin 2020-ci ildə 3,5 trln. dollara çatacağı gözlənilir.
Bunu Bakıda keçirilən Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Forumda çıxış edən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi deyib.
X.M.Əbudi qeyd edib ki, təmsil etdiyi qurum maliyyə bazarlarının inkişafı üçün vəsait ayırmaqda maraqlıdır: "Düşünürəm ki, biz gələcəkdə digər İslam ölkələrini, Orta Asiya və Avropanın bəzi ölkələrini maliyyələşdirəcəyik. Hazırda 57 ölkədə investisiya yatırırıq və həmin ölkələrdə müştərək müəssisələrin yaradılmasında da maraqlıyıq. Tezliklə yerli tərəfdaşlarımızın artacağına inanırıq".
ICD rəsmisi Azərbaycan hökumətinin investisiya siyasətinin ciddi olduğuna inandığını deyib: "Mütəmadi olaraq Azərbaycana səfər edən insan kimi görürəm ki, Azərbaycanda sərmayələr üçün çox böyük imkanlar var".
Report©