2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına 2 milyard 008,9 milyon manat məbləğində investisiya yatırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 630 milyon manat və yap 24,8 faiz azdır. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevralında ölkəyə 2 milyard 638 milyon vəsait yatırılmışdı.
Bu il həm neft, həm də qeyri-neft sektoruna yatırımlar aşağı düşüb.
Belə ki, yanvar-fevral aylarında neft-qaz sektoruna 619 milyon manat yatırılıb, ötən il bu rəqəm 905 milyon manat idi – azalma 32,5% təşkil edib.
Qeyri neft sektoruna yatırımlar isə neft sektorunu 2 dəfə üstələyib. Yanvar-fevralda qeyri-neft-qaz sektoruna 1 milyard 390 milyon manat yatırılıb, bunun 280,6 milyon manatı və ya ümumi sərmayənin 14 faizi qeyri neft-qaz sənayesinə yatırılıb. Amma əvvəlki illə müqayisədə bu sahədə də azalma var. Belə ki, 2024-cü ilin eyni dövründə qeyri-neft-qaz sahəsinə 1 milyard 733 milyon yatırım edilmişdi – azalma 21% təşkil edib.