Cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 53,7 faiz azalıb.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, ikinci rübdə Gürcüstan iqtisadiyyatına 187 milyon ABŞ dolları həcmində xarici sərmayə qoyulub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,7 faiz azdır.
Birbaşa xarici investisiyaların azalması magistral qaz kəmərinin tikintisinin başa çatması, qeyri rezidentlərin birbaşa xarici investorlar qarşısında öhdəliklərinin azalması və reinvestisiyaların həcminin azalması ilə bağlı olduğu bildirilir.
Hesabat dövründə ən çox sərmayə enerji sektoruna yatırılıb (63,7 milyon dollar). Bu da ümumi investisiyaların 34 faizini təşkil edib. İkinci yerdə istehsal sənayesidir ki, buraya 38,4 milyon dollar investisiya qoyulub.
Gürcüstanda ən çox investisiya qoyulan sahələr sırasında üçüncü yerdə otel və restoran biznesidir. Hesabat dövründə bu sahəyə 28,1 milyon dollar sərmayə yatırılıb.
© Azərtac