Donald Trampın 2025-ci ildə keçiriləcək andiçmə mərasiminə "Google" 1 milyon dollar bağışladığını elan edib. Şirkətin dövlət işləri və ictimai siyasət üzrə qlobal rəhbəri Karen Bhatia, bu barədə CNBC-yə açıqlama verib və bağışın bazar ertəsi günü edildiyini bildirib.
Trampın tariflərlə bağlı xəbəri dolları ucuzlaşdırdı
FED.az xəbər verir ki, bundan əlavə, "YouTube" platformasının da Trampın andiçmə mərasimini 20 yanvarda canlı yayımlayacağı qeyd edilib.
"Google", andiçmə fonduna böyük məbləğdə ianə edən ilk texnologiya şirkəti deyil. Daha əvvəl "Meta" (Facebook və Instagram-ın sahibi), "Amazon"un təsisçisi Ceff Bezos, "OpenAI" rəhbəri Sam Altman və "Apple" şirkətinin baş direktoru Tim Kuk da eyni məbləği bağışlayıblar.
Bu ianə, Tramp ilə "Google" arasındakı münasibətlərin möhkəmlənməsinin bir göstəricisi kimi qəbul edilə bilər. 2024-cü ilin oktyabrında Trampın seçki kampaniyası zamanı McDonald's-da işlədiyi bir neçə saatın "Google" axtarış sistemində ən böyük hadisə olduğu barədə Alphabet rəhbəri Sundar Pichai-dən tərif alması bu yaxınlaşmanın nümunələrindən biridir.