"Google" şirkətinin dam şirkəti "Alphabet Inc” 5-7 il ərzində Hindistana 10 milyard dollar sərmayə qoyacağını planlaşdırdığını söyləyib.
Eləcə də bax: Türkiyənin ən böyük sənaye şirkətləri - AÇIQLANDI - SİYAHI
FED.az xəbər verir ki, “Alphabet Inc”in sahibi Google bazar ertəsi günü, yaxın 5-7 il ərzində Hindistanda tədricən 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını söyləyib.
Planlaşdırılan sərmayə "Google"ın proqram təminatı və tətbiq artımına yönəlmiş “rəqəmsallaşdırma fondu” adlı bir fond vasitəsilə qoyulacaq.
"Bu, Hindistana və rəqəmsal iqtisadiyyatımıza inamımızın göstəricisidir" deyən “Alphabet Inc”in CEO-su Sundar Pichai, "İnvestisiyalarımızı kapital qoyuluşları, əməkdaşlıq, əməliyyatlar, infrastruktur və ekoloji investisiyalar olaraq fərqli yollarla edəcəyik." deyə əlavə edib.
Pichai Reuters-ə verdiyi müsahibədə Google-un Hindistandakı süni intellekt və təhsil kimi digər sahələrə diqqət edəcəyini söyləyib.
Hindistan əsilli CEO Sundar Pichai 2004-cü ildə "Google"a qoşulub və "Chrome" brauzerlərinin qurulması prosesində iştirakı ilə tanınır. O, keçən il, “Alphabet”in keçmiş CEO-su və həmtəsisçisi Larry Peydan baş direktor vəzifəsini təslim alıb.