Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında əsas kapitala 9,6 milyon manat yönəldilib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz azdır.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 26,7 faizi dövlət, 73,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 7,2 milyon manatı və ya 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 57,9 faiz azalıb.
Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 8,8 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 5,3 milyon manatını, yaxud 60,3 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 3,5 milyon manatını və ya 39,7 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil edib.