FED sədrinin mətbuat konfransında inkişafın qeyri-bərabər müşahidə olunması, natamam qalması və əmək bazarında durğunluğun olması üzündən inflyasiyada dayanıqlı artım proqnozlaşdırılmadığı üçün monetar siyasətin sərtləşdirilməsindən danışmağın tez olduğunu deyib. Bu, foreks bazarlarında dollar indeksinin son iki ayın minimumuna düşməsinə səbəb olub və ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Digər tərəfdən Avrozona və İngiltərə kimi aparıcı ölkələrin iqtisadiyyatlarında da risklər yenidən artıb. Bu, EUR/USD və GBP/USD məzənnələrinə qarşı təzyiqlərin də ola biləcəyi ehtiyatını özündə barındırır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:55-də Almaniyadan işsizlik, 16:00-da inflyasiya, 16:30-da Amerikadan işsizlik müavinətlərin sayı və inkişaf səviyyəsi ilə əlaqədar önəmli fundamental göstəricilər açıqlanacaqdır.
Dolların dəyər itirməsi, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olub. Kriptovalyuta birjalarında isə bitkoinin qiymətinin müsbət korrelasiyası davam edir. Yeni artım dalğası üçün 56000 və 58000$ önəmli müqavimət səviyyələridir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.