Beynəlxalq valyuta birjalarında Almaniyada, Avrozonada iqtisadi qeyri-müəyyənliyin artması, Breksitdən sonra arta biləcək risklər fonunda narahatlıqlar, EUR/USD və GBP/USD məzənnələrinə qarşı təzyiqləri də artırmışdı. Hazırda avro 1.22, funt sterlinq 1.41$-ın altında ticarət edilir.
Bütün bunlar cümə axşamı Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətin daha uzun müddət davam etdiriləcəyi istiqamətində açıqlamalar verəcəyi ehtimallarını da artırır. Beləliklə, dollara tələbin artacağı proqnozları da artır.
Beləliklə, FED-in gələcək siyasətin sərtləşdirə biləcəyi ehtimalları isə əlvan metallar bazarlarında qızılın ucuzlaşmasına səbəb olur. 1880$ dəstəyin qırılması ilə ucuzlaşma daha da sürətlənə bilər.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti 31000$-ın üzərində dəstək görərək bahalaşmağa başlayıb və önəmli müqavimət səviyyəsi 40000$-dır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.