FED.az xəbər verir ki, AzFinance İnvestisiya şirkəti Azərbaycan Ordusunu dəstəkləyir:
Ölkəmiz üçün çətin və eyni zamanda şanlı, inam və ümid dolu bir dövrü, birlik və həmrəylik, mənəvi böyüklük nümayişinin ən yüksək zirvələrindən birini hal-hazırda yaşayırıq.
Hər birimiz, böyük Vətənin kiçik bir hissəsi olmaqla, ordumuza dəstək göstərə bilərik. Biz Torpağımızı qoruyan hər bir əsgərlə qürur duyuruq və arxa cəbhədə işimizi davam etdirərək Ordumuz üçün dayaq olmağa çalışırıq. Bu məqsədlə şirkətimiz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat vəsait köçürmüşdür.
Vətənimizin hər guşəsində Azərbaycan bayrağının dalğalanmasını arzulayırıq və bütün hərbiçilərə uğurlar diləyirik.
Ordumuz qürurumuzdur!