Dövlət Neft Fondunun (DNF) daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 milyard 251,1 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu barədə 2018-ci ilin yanvar-iyun aylarında Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında hesabatda məlumat verilib.
Bildiriib ki, bu ilin I yarısında DNF “ARES”, “GreenOak” və “PAG Real Estate” tərəfindən idarə olunan daşınmaz əmlak fondlarına yatırımlar edib. Bununla yanaşı, “Gaw Capital” və “Capital Holding Sarl” ilə birlikdə müştərək investisiyalar həyata keçirilib.
Əmlaka 2 milyard dollardan artıq yatırım edib
22:22
31 Avq 2018