Brüsseldə donor-ölkələrin beynəlxalq konfransında Əfqanıstanın inkişafına yaxın 4 il ərzində 15.2 milyard dollar yardım ayrılacağı vəd edilmişdir.
Baxmayaraq ki, Suriyada davam edən müharibə donorların diqqətini yayındırır, lakin bu faktorları nəzərə alaraq bu məbləğ 4 il bundan əvvəl Tokyo konfransında toplanan məbləğlə müqayisədə heç də kiçik deyildir. Bu barədə Frans press agentliyi məlumat yayıb. Qeyd edək ki, o zaman Əfqanıstana yardım olaraq 16 milyard dollar ayrılmışdı.
Əfqanıstan üzrə keçirilən konfransda 40-dən artıq ölkə və 20-dən artıq beynəlxalq təşkilat iştirak edirdi.
"Bildimək istəyirəm ki, siz bu yolu təkbaşına keçməyəcəksiniz. İndi öz ambisiyalarımızı və ya Əfqanıstan əhalisinə qoyacağımız investisiyaları azaltmaq vaxtı deyildir" deyə, beynəlxalq əməkdaşlıq və inkişaf üzrə Avropa komissarı Neven Mimis bildirmişdir və onun bu çıxışı alqışla qarşılanmışdır.
Beynəlxalq birliyin ayırdığı bu vəsaitin əvəzində isə Əfqanıstanda korrupsiya ilə mübarizədə islahatlar, reformalar aparmaq və insan hüquqları üzrə vəziyyəti yaxşılaşdırmaq tələb olunur.
Bundan əlavə, Kabul Avropadan geri göndərilən əfqan miqrantlarını tez bir zamanda qəbul etməyə razılaşdı.
bbc©
Əfqanıstana 15.2 milyard dollar yardım göstəriləcək
09:37
6 Okt 2016