İnvestisiya

Dünyada ən çox ucuzlaşan və bahalaşan valyutalar - SİYAHI

Dünyada ən çox ucuzlaşan və bahalaşan valyutalar - SİYAHI | FED.az
20:46 4 Yan 2018

«Bloomberg» agentliyi 2017-ci ilin nəticələrinə görə, investorlrın yatırım edib gəlir götürməsi baxımından dünyanın ən yaxşı və ən pis valyutalarını açıqlayıb. FED.az xəbər verir ki, ötən il ən çox itirənlər pulunu özbək somunda saxlayanlar olub. Ukrayna şirkətlərinin səhmləri, Yunanıstanın və Belizin dövlət istiqrazlarına pul yatıranlar isə ən çox qazanıblar.

Qeyd edək ki, 2017-ci ildə ən çox gəliri (6000%) kriptovalyutalara, o cümlədən bitkoinə pul qoyanlar götürüb. Amma hələ də əksəriyyət bu yatırımın etibarlığına şübhə ilə yanaşır. Bununla əlaqədar olaraq «Bloomberg»in ekspertləri ötən il investorlara ən yüksək gəlir və ən böyük zərər gətirən «ənənəvi» aktivlərin reytinqini müəyən ediblər.

Adi valyutalar arasında ən gəlirli pul Mozambikin pulu – metikal olub. Hələ 2005-ci ildə Mozambik valyutası dünyada ən zəif pul sayılırdı (sonradan bu məsələdə onu Zimbabve dolları «qabaqladı»). Amma 2017-ci ildə metikal 21% bahalaşıb. Gəlirliyiə görə, ikinci yeri çex kronu və polyak zlotısı tutur – bu valyutalar dollar qarşısında 18% bahalaşıb.

Əvəzində ötən il ən çox dəyər itirən özbək somu olub. 2017-ci ildə som 60% və ya iki dəfədən də artıq ucuzlaşıb. Ötən ilin sentyabrında Özbəkistan Mərkəzi Bankı mili valyutanın məzənnəsini təqribən 2 dəfə ucuzlaşdırdı, nəticədə 1 dolların məzənnəsi 4210 somdan 8100 soma qalxdı. Beləliklə, hazırda Özbəkistanda ən böyük skinas sayılan 50 min som cəmi 6 dollar edir.

Xammala pul yatıranlar arasında isə ən çox gəlir götürən palladiuma pul qoyanlar olub. Zərgərlik işində və tullantı qazlarına nəzarət sistemlərində istifadə olunan bu metalın qiyməti 2017-ci ildə 54% artaraq 680 dollardan 1060 dollara yüksəlib. Ötən il alüminiumun və misin qiyməti 29% artıb ki, «Bloomberg» ekspertlərinin fikrincə, bu dünya üzrə iqtisadi proqnozların yaxşılaşması və qiymətli metallara tələbatın yüksəlməsi gözləntisi ilə bağlıdır. Bununla yanaşı, təbi qaza və ərzağa (şəkər, kofe, soya) yatırımlar investorlara zərər gətirib.

Qiymətli kağızlar arasında ən yüksək gəlirliyi Yunanıstanın (60%), Belizin (38,7%), Argentinanın (30%), Salvadorun (29%) və Anqolanın (28,9%) dövlət istiqrazları gətirib.

Şirkət istiqrazları arasında ən yüksək gəliri Hollandiyanın Ajecorp (+82,8%) və ABŞ-ın «Chinos Intermediate Holdings A» (+79%) və «Pinnacle Operating Corporation» (+76,6%) şirkətlərinin kağızları gətirib.

İstiqraz sahibləri arasında ən çox itirənlər isə Venesuelanın (mənfi 55%)-ə qədər, «Cenveo Corp» (mənfi 70,6%), «FGI Operating» (mənfi 67,3%) və «Concordia International» (mənfi 59,5%) istiqrazlarının sahibləri olub.

Fond bazarı indeksləri arasında ən yüksək artımı Ukraynanın UX (+80%) indeksi göstərib. Buna səbəb Ukrayna iqtisadiyyatının dirçələcəyi ilə bağlı ümidlər və ümumilikdə investorların inkişaf etməkdə olan ölkələrə marağının artmasıdır.

Bundan başqa, Qazaxıstanın (+64%) və Monqolustanın (+63%) fond bazarları da ciddi artıb. Əvəzində Pakistanın (il ərzində mənfi 22%), Qətərin (mənfi 16,5%) və Omanın (mənfi 9%) fond indeksləri azalıb. Doğrudur, ötən il Venesuela birjasının fond indeksi kəskin (+3865%) yüksəlib. Amma «Bloomberg» ekspertləri bunu nəzərə almayıblar, çünki həmin artım ölkənin mlli valyutası olan bolivarın dəyərdən düşməsi ilə bağlıdır.

Digər xəbərlər