Gələn il dövlət büdcəsindən infrastruktur layihələri üzrə daha az vəsait nəzərdə tutulur.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərindən 4 milyard 909 milyon manat vəsait sərf ediləcəkdir.
FED.az xəbər verir ki, dövlət investisiya xərcləri 1 milyard 462 milyon 200 min manat və ya 22,9% azaldılır.
Eləcə də bax:Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır
Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üzrə 6 milyard 371 milyon 200 min manat nəzərdə tutulub.