Amerikada inflyasiyanın proqnozlaşdırılandan çox artması xəbərindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmağa başladı. Beləliklə, EUR/USD 1.21, GBP/USD məzənnəsi də 1.39$-a kimi bahalaşa bilər.
USD/JPY və USD/RUB məzənnələri də ucuzlaşmağa başlasa da, USD/TRY məzənnəsi cümə axşamı TCMB tərəfindən açıqlanacaq yeni faiz qərarı öncəsi 8.14TL ətrafında üfüqi dalğalanmaqda davam edir.
Foreks bazarlarında dolların ucuzlaşması, əmtəə birjalarında neft və qızılın da dəyər qazanmasına səbəb olmaqdadır. Bir unsiya üzrə qızılın qiyməti hazırda 1743$, bir barel Brent neftinin qiyməti isə 64$-ın üzərində ticarət edilir.
Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, eniş əlavə olaraq 1% davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.