Amerika Mərkəzi Bank (FED) sədrinin Konqres qarşısında hesabatı zamanı yumşaq monetar siyasətin davam etdirilməsinin önəmliyi və iqtisadi inkişaf proqnozları fonunda ehtiyatlı yanaşması, dollara qarşı təzyiqlərin artmasına səbəb olmaqla, ucuzlaşmasına səbəb olur. Beləliklə, Amerikanın istehlak bazarında dair fundamental göstəricilər çərşənbə axşamı müsbət açıqlanmasına baxmayaraq, EUR/USD və GBPU/SD məzənnələri maksimum səviyyələrdə ticarət edilməkdədir.
Digər tərəfdən investorlar Amerikanın fevral ayı üzrə inflyasiya göstəricilərini gözləyirlər ki, burada artım proqnozlaşdırılır. Bu, dollarda ucuzlaşma dinamikasının zəif qalmasına səbəb olur.
USDTRY və USDJPY məzənnələri isə bahalaşmaqdadır və bu, müvəqqəti texniki səbəblərlə əlaqələndirilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.