Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Beləliklə, EUR/USD 1.1970, GBP/USD məzənnəsi isə 1.3770$-ın üzərində ticarət edilir. Təhlillər dollar indeksinin əlavə 1% də düşəcəyini proqnozlaşdırmağa əsas verir.
USD/JPY, USD/RUB və USD/TRY məzənnələrində də ucuzlaşma müşahidə edilir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:00-da TCMB tərəfindən açıqlanacaq faiz qərarı da investorların diqqət mərkəzində olacaqdır.
Foreks bazarlarında dolların ucuzlaşması, əmtəə birjalarında neft və qızılın da dəyər qazanmasına səbəb olmaqdadır. Bir unsiya üzrə qızılın qiyməti hazırda 1740$, bir barel Brent neftinin qiyməti isə 66$-ın üzərində ticarət edilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.