Avropa Mərkəzi Bankının açıqlamaları və Amerikadan işsizlik müavinətlərinə dair müsbət açıqlamalar, avro və funtun bahalaşması dinamikasının zəifləməsinə təsir etmişdir.
Bununla yanaşı, bu gün İngiltərə, Almaniya, Avrozona, Amerika və Kanadadan dərc ediləcək önəmli fundamental göstəricilər də böyük rol oynayacaqdır. Hazırda EUR/USD məzənnəsi 1.20$, GBP/USD məzənnəsi isə 1.40$-ın altında ticarət edilir.
USD/TRY və USD/JPY qiymətlərində də eyni tendensiya, yəni dolların bahalaşması müşahidə edilir.
Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1716$-ın üzərində dəstək görməkdədir. Digər alternativ sərmaye - kriptovalyuta birjalarında da bitkoinin qiyməti də tarixi maksimumlarını yeniləyib və növbəti önəmli müqavimət səviyyəsi isə 74000$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.