Avrozona iqtisadiyyatı fonunda qeyri-müəyyənliyin artması, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olub. Bu, dollara olan tələbi artırmaqla bərabər, GBP/USD, USD/JPY və USD/TRY məzənnələrində də müvafiq təsirə səbəb olub. Avro 1.21, funt 1.40$-da müqavimətlə rastlaşıb, dollar/yen cütlüyü 108 yenin, dollar/lirə məzənnəsi 8.08TL-nin üzərində dəstək görməyə başlayıb.
Bununla yanaşı, investorlar bu gün Bakı vaxtı ilə saat 10:00-da açıqlanacaq İngiltərədən inflyasiya göstəricilərini, cümə axşamı günü saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransını gözləyirlər.
Foreks bazarlarında dolların dəyər qazanması, əlvan metallar bazarlarında qızılın da 1791$-ın altında müqavimətlə rastlaşmasına səbəb olur.
Kriptovalyuta birjalarında bitkoinin qiymətində müşahidə edilən son ucuzlaşma dalğası isə korrektiv qiymətləndirilir və BTCUSD 53344$-ın üzəində qaldıqca, yeni tarixi maksimumlara kimi bahalaşacağı proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, 92 və 92.50 punktun qırılması, növbəti güclü bahalaşma dalğası üçün önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.