Amerikanın gələcək yeni maliyyə naziri, keçmiş FED sədri Janet Yellenin Koqresdə etdiyi açıqlamaları, beynəlxalq valyuta birjalarında dollara dəstək ola bilməyib.
Yellen dolların zəifləməsinin arzu olunan olmadığını və ucuzlaşmasının qarşısını alınmasının önəmliyi bildirsə də, digər tərəfdən ölkə iqtisadiyyatının yenidən qurulmasının, rəqabət qabiliyyətliliyinin möhkəmləndirilməsinin və Kovid-19 ilə mübarizədə geniş maliyyə yardımının ayrılmasının vacibliyini önə çəkib. Dövlət borcu və vergilərin artırılmasına dair suallara isə Yellen sadə cavablar verib.
Beləliklə, ölkədə yumşaq monetar siyasətin əlavə fiskal siyasətlə də dəstəklənəcəyi vurğulanıb və bu, dollara olan təzyiqləri daha da artıracaqdır.
Bununla yanaşı, investorlar dərc ediləcək önəmli fundamental göstəriciləri və Avropa Mərkəzi Bankının siyasəti ilə bağlı cümə axşamı edəcəyi açıqlamaları gözləyirlər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.