Amerikanın əmək bazarına dair gələn həftə dərc ediləcək yeni statistik rəqəmlər fonunda proqnozların yaxşılaşması, dollar indeksinin düşməsi dinamikasının zəifləməsinə səbəb olub.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində də ucuzlaşma başlayıb. Eyni tendensiya USD/JPY, USD/TRY və USD/RUB qiymətlərində də müşahidə edilir.
Yuxarıda toxunulan amillər əlvan metallar bazarlarında qızılın da bahalaşması dinamikasının zəifləməsinə səbəb olub. Kriptovalyuta birjalarında bitkoinin qiyməti isə dörd ayın dəstək səviyyəsi üzərində dalğalanmaqdadır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.