Amerika iqtisadiyyatı fonunda qeyri-müəyyənlik dollar indeksinin korreksiyasına səbəb olub. Önəmli müqavimət səviyyəsi isə 92.30 punktdur. Bununla yanaşı, bu gün və cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan müvafiq olaraq dərc ediləcək inflyasiya və işsizlik müavinətlərinə dair göstəricilər və proqnozlar önəmli rol oynayacaqdır.
EUR/USD və GBP/USD məzənnələri çərşənbə axşamı Amerika sessiyasında müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Önəmli dəstək səviyyələri isə avroda 1.1866 və funtda 1.3834$-dır. Eyni tendensiya USD/TRY və USD/JPY valyuta cütlüklərin qiymətlərində də müşahidə edilir. Digər tərəfdən trend üzrə divergensiyaların yaranması da investorların diqqət mərkəzindədir.
Kriptovalyuta birjalarında isə bitkoinin qiymətin önəmli müqavimət səviyyəsindən ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, 55800$-ın qırılması ilə son iki həftənin 27%-lik bahalaşması, 60000$-a kimi də davam edə bilər. Bütün bunlar üçün 51300 və 48600$ dəstək səviyyələrinin qorunması önəmlidir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.