Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri istehlak aktivliyinə dair fundamental göstəricinin mənfi açıqlanmasından sonra daha da ucuzlaşıb.
FED-in yumşaq monetar siyasətinə davam etməsi ehtimalları, dollar indeksinin düşməsinə səbəb olur və prosesin son 6 ilin minimumuna kimi davam edəcəyi proqnozlaşdırılır. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində də bahalaşmanın davam etdiyi müşahidə edilir. USD/JPY, USD/TRY və USD/RUB məzənnələri də ucuzlaşmaqdadır.
Əmtəə birjalarında qızıl və neft qiymətləri də dəyər qazanmaqdadır. Önəmli müqavimət səviyyələri bir unsiya üzrə qızılda 1908, bir barel Brent neftində 69$-dır.
Kriptovalyuta birjalarında isə əksinə olaraq, bitkoin etibar itirməklə cari ilin minimumuna yaxın, lakin 28666$ dəstək səviyyəsinin üzərində ticarət edilir. Önəmli müqavimət səviyyələri 42177 və 47463$-dır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.