Amerika iqtisadiyyatına dair müsbət və FED-in gələcək siyasətində artmaqda davam edə biləcək inflyasiyanı da nəzərə alacağı ilə bağlı, xüsusilə Sent-Luis mərkəzi bank sədri Ceyms Bullardın açıqlamaları foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən bahalaşmasına səbəb olub.
EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.22 və 1.40$-ın altında müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Ucuzlaşan maliyyə aktivləri arasında qızıl fyuçersləri də vardır ki, hazırda 1794$-ın altında ticarət edilir. Dollar yen və lirəyə nisbətən də bahalaşmaqdadır.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti 47000$-ın üzərində dəstək görərək, 50000$-a yaxın ticarət edilməkdədir və 54000$-a kimi bahalaşacağı proqnozlaşdırılır. Ripl də 0.47$-ın üzərində dəstək görməkdədir və qarşıdaki önəmli müqavimət səviyyələri 0.55, 0.60 və 0.73$-dır.