Amerika iqtisadiyyatı fonunda nikbinliyin artması, dolların ucuzlaşması dinamikasının zəifləməsinə səbəb olsa da, inflyasiyanın zəifləməsi investorlarda tərəddüdlərə səbəb olur.
Lakin yeni hökümətin əlavə 1.9 trilyon dollarlıq korona yardım paketinin qəbul olunması və dünya ticarətinə dair proqnozların yaxşılaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yenidən bahalaşmasına səbəb ola bilər.
Bununla yanaşı, Almaniya və Avrozona iqtisadiyyatında gələcək gözləntiləri ölçən "ZEW" indeksi də maliyyə bazarlarında diqqət mərkəzindədir və burada proqnozlar zəifləmə istiqamətindədir. Göstərici proqnozlaşdırılandan pis dərc edilərsə, EURUSD məzənnəsi daha da ucuzlaşa bilər. Burada 1.21$ dəstək səviyyəsi önəmli rol oynayır.
GBP/USD məzənnəsi isə enerji birjalarında neft qiymətlərinin bahalaşması ilə dəstək görməkdədir. Brent neftinin 66$-da güclü müqavimətlə rastlaşacağı proqnozlaşdırılır.
USDJPY məzənnəsi yeni artım dalğasına başladığı bir şəraitdə, USDTRY məzənnəsinin də ucuzlaşması dinamikası zəifləyib və 7TL-nin üzərində güclü dəstək görərsə, ciddi səviyyələrə kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.