“CMP-İnvest İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilib.
FED.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzindən bildirilib.
Qeyd edək ki, “CMP-İnvest İnvestisiya Şirkəti” QSC-yə Azərbaycan Mərkəzi Bankı tərəfindən 15 aprel 2021-ci il tarixində müvafiq lisenziya verilib. Yeni üzvün nizamnamə kapitalı 400 min manat təşkil edir.
Bununla da, Milli Depozit Mərkəzinin üzvü olan investisiya şirkətlərinin sayı 11-ə çatıb. (Report)