“Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey ilə görüşmək xoş oldu. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla vurğuladıq. İqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirdik. Ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini qeyd etdik”.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.