Amerikanın işsizlik müavinətlərinin artım sayı ilə bağlı göstəricinin müsbət açıqlanması, bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək əmək bazarına dair önəmli göstəricilər üzrə yaxşı proqnozların özünü doğrultması ehtimallarını da artırıb. Bu, foreks bazarlarında dollar indeksinin yüksəlməsinə səbəb olub və 0.5%-ə kimi də yüksələ bilər.
Beləliklə, 1.20$ ilə son üç ayın minimumuna düşən EUR/USD və 1.39$-a ticarət edilən GBPUSD məzənnələri daha da ucuzlaşa bilər. maksimumlarını yeniləyən USD/TRY və USD/JPY qiymətlərinin də bahalaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Əlvan metallar bazarlarında qızıl qiymətində də dalğalanma sürətlənib və bir unsiya üzrə qiymət 1660$-a kimi dəyər itirə bilər.
Kriptovalyuta birjalarında isə bitkoin də önəmli dəstək səviyyəsini qırmaqla növbəti önəmli dəstək səviyyələrinə kimi ucuzlaşacağı ehtimallarını artırıb. Növbəti önəmli dəstək səviyyələri 44000 və 39100$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.