Foreks bazarlarında bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan əmək bazarı ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər öncəsi dollarda bahalaşma müşahidə edilir.
Bunun əsas səbəbi göstəricilər üzrə proqnozların iqtisadi inkişafın güclənəcəyi istiqamətində olmasıdır. Bu baxımından avro, funt və digər aparıcı valyutaların dollara nisbətən məzənnələri də ucuzlaşmaqdadır.
Əlvan metallar bazarlarında qızıl da korreksiyaya başlayıb. Amerikada iqtisadi şəraitinin yaxşılaşması, FED-in monetar siyasətin sərtləşəcəyi ehtimallarını da artırdığı üçün qızıl ucuzlaşır.
Kriptovalyuta birjalarında isə 42000$ müqaviməti qırılmadıqca, bitkoinin məzənnələri təzyiq altında qalacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.