Dünyanın kripotovalyuta bazarı yenidən çöküb, bitkoinin qiyməti son 3 ayda ən aşağı həddə düşüb, bütün əsas koinlər sürətlə ucuzlaşır. Hazırda bitkoin 45 min tdollardan aşağı həddə düşüb və ucazlaşma davam edir.
Bitkoin 50 min dollardan aşağı düşdü, Ethereum ucuzlaşdı – YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, bazara növbəti zərbəni Tesla-nın sahibi İlon Mask endirib.
Biznesmen bildirib ki, onun şirkəti vaxtilə aldığı bitkoin aktivləri sata bilər və ya artıq satıb.
Dünən Twitter istifadəçilərindən biri bildirib ki, növbəti rübdə bitkoin istifadəçiləri görəcəklər ki, Tesla öz bitkoinlərini satıb (təqribən 1,5 milyard dollar idi). Ona cavab olaraq İlon Mask «Doğrudan da, elədir» cavabını verib. Bu sözlər bitkoin başda olmaqla digər konnlərin ucuzlaşmasıüçün siqnal olub.
Bitkoin gün ərzində təqlirən 10% dəyər itirərək 42-43 min dollara, yəni son 3 ayda ən aşağı qiymətə düşüb. Ümumilikdə son bir həftə ərzində onun ucuzlaşması 26%-i keçib.
Ethereum-un qiyməti 14% azalaraq 3,3 min dollara enib.Son bir həftədə Ethereum 18% dəyər itirib.
Binance Coin-in qiyməti 12% azalaraq 510 dollara düşüb, həftəlik ucuzlaşma 25% təşkil edib.
İlon Mask-ın sevimli kriptovalyutası olan Dogecoin isə 9% dəyər itirərək 48 sentə düşüb, həftəlik ucuzlaşma 11,5%.
Ümumilikdə bazar həcminə görə ən böyük 100 kriptovalyutadan 95-i ucuzlaşıb.
Əvəzində bir neçə kriptovalyutanın qiymətində ciddi artım olub. Revain (REV) son sutkada 26% bahalaşaraq 2,7 sentə yüksəlib. Son bir həftədə bu koin 2 qat bahalaşıb.
Celo isə 17% bahalaşaraq 5,43 dollara yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.