Dünyanın kriptovalyuta birjasında bir həftə əvvəl verən çökmə tədricən aradan qalxır. Koinlər artıq əvvəlki qiymətlərinə qaytımağa başlayıblar.
“Bitcoin”in dəyəri 50 min dollardan - Aşağı Düşdü
FED.az xəbər verir ki, əsas kriptovalyuta – bitkoin geriləməni tamamilə aradan qaldıraraq yenidən 55 min dollara çatıb. Son sutkada bitkoin 2,6% bahalaşaraq, hazırda qiyməti 54,9 min dollar ətrafındadır.
İkinci böyük kriptovalyuta – Ethereum da tamamilə mövqelərini bərpa edib, hətta artıma başlayıb. Son sutkada bu kriptovalyutanın qiymətində 6%-dən çox artım olub, üstəlik, bir həftə əvvəlki qiymətdən də 15% artıqdır. Hazırki qiymət 2640 dollar.
Binnace coin –ə son bir sutkada 6%-dən bahalaşaraq 563 dollar yüksəlib. Bu bir həftə əvvəlki qiymətlə demək olar eynidir.
Üçüncü böyük kriptovalyuta - Ripple də tamamilə bir həftə əvvəlki qiymətini bərpa edib – 1,4 dollar.
Dogecoin hazırda 26 sent qiymətlə yenicə sabitləşməyə başlayıb – son sutkada onun qiyməti dəyişməyib, amma qiymət ümumilikdə bir həftə əvvəlkindən 26% aşağıdır.
Dogecoin-in zəifləməsindən və bazar həcminin azalmasından sonra ondan önə keçən Cardano isə hələlik daha sabitdir, son sutkada 7%, son bir həftədə isə 6% bahalaşaraq 1,31 dollar qiymətə satılır.
Ümumilikdə, ən böyük bazar payına malik olan 100 koindən 90-ı son sutkada bahalaşıb. Onlardan 40-ı isə bir həftə əvvəlki qiymətdən bahadır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.