Oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.
Qazaxıstanla Azərbaycan birgə evlər tikəcək, transformator buraxacaqlar
FED.az xəbər verir ki, “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb.
Marja xəbər verir ki, Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə ediblər.
Həmçinin“Samruk Kazına” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə ediblər.