2025-ci ilin ilk rübündə Azərbaycana Belarusdan 807 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 563 min ABŞ dolları və ya 3,3 dəfə artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Belarusdan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 244 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Belarusun payı 0,1% təşkil edib. 2024-cü ildə isə bu göstərici olmayıb.